Masazırdaki internat məktəbinin məzunları ilə görüş

   Çoxdandır planlaşdırılan, lakin bəzi səbəblərdən baş tutmayan Masazırdaki internat məktəbinin məzunları ilə görüşümüz nəhayət gerçəkləşdi. 67 nömrəli məktəbin Vma nümayəndələri və bir qrup müəllim heyəti Pişəvəri adına liseyin VMA -sı ilə birlikdə 16 dekabr tarixində Masazırda yerləşən Məzun evində olduq. İnternat məktəbinin məzunları ilə görüş zamanı yaşadıqları şəraitlə tanış olduq, onların problemlərini dinlədik. Aparılan bayram sovqatları, geyimlər internet məzunlarına təqdim olundu. Yardımların toplanmasında və ünvanına çatdırlımasında əməyi keçən hər kəsə, AVMA-nın icraçı direktoru Şahin Rəcəbliyə təşəkkür edir, internat məktəbinin məzunlarına isə gələcək həyatlarında uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi