Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığı-müəllimlərimiz Qusar rayonu 2 nömrəli və Lənkəran rayonu 6 nömrəli məktəbdə

   "Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından inkişaf və təcrübəyə doğru" qrant layihəsinin reallaşdırılması istiqamətində işlər davam edir. Təcrübəli müəllimlərimizdən olan Məmmədova Sədaqət Qurban qızı 102 nömrəli məktəbin müəllimləri ilə birlikdə layihədə nəzərdə tutulan məktəblərdə elektron dərs nümunələri verir. Mərkəzi məktəblərin müəllim və şagird heyətinin əyalət məktəblərinə səfəri təşkil olunur. Növbəti səfər Qusar rayonu 2 nömrəli və Lənkəran rayonu 6 nömrəli məktəbinə təşkil olundu. Məktəb kollektivi tərəfindən mehribanlıqla qarşılanan nümayəndə heyəti məktəblə tanışlıqdan sonra şagirdlərə elektron dərs nümunələri təqdim etdilər. Sonra müəllimlərin qarşılıqlı dərsləri dinlənildi. Təhsilin inkişafında əməkdaşlığın rolu barədə geniş və ətraflı müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi