Binəqədi rayonu 102 nömrəli məktəblə Sabunçu rayonu 67 nömrəli məktəb arasında təcrübə mübadiləsi

 04.12.2017-ci il tarixdə qrant  layihə çərçivəsində növbəti təcrübə mübadiləsi Sabunçu rayonu 67 nömrəli tam orta məktəbdə aparılıb. 102 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi 67 nömrəli tam orta məktəbdə olublar.                                       

 Məktəbimizin müəllimləri interaktiv təlim metod və texnologiyalarından istifadə edərək şagirdlərə tarix, riyaziyyat, informatika fənlərindən nümunəvi dərslər  keçiblər. Növbəti dərslər 67 nömrəli tam orta məktəbin müəllimləri tərəfindən 102 nömrəli tam  orta məktəbin şagirdlərinə keçiriləcək.                                                                                                               

 Qrant layihənin məqsədi məktəblərarası əməkdaşlığı inkişaf etdirmək, qabaqcıl təcrübəni yaymaq, şagirdlər arasında ünsiyyət yaratmaq, təhsilin inkişafına pozitiv töhfə verməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi