Cəmşid Naxçıvanskinin 120 illik yubileyi

Məktəbimizin tədbirlər planına əsasən növbəti tədbir C.Naxçıvanskinin yubileyi ilə bağlı oldu. 02.12.2015-ci il tarixdə bir qrup yuxarı sinif şagirdləri ilə C.Naxçıvanskinin adını daşıyan Hərbi liseyin nəzdində yaradılmış muzeydə olduq. Öz dövrünün gənc kursantları arasında Hərbi biliklərə yiyələnən general Naxçıvanskinin ömür yolundan söhbət açan muzey işçiləri generalı şagirdlər qarşısında canlandırmaqla yanaşı onların vətənpərvər, yurdsevər olmaq hislərini daha da coşdurdu. Şagirdlərinin biliyinin dünya görüşünün təfəkkürünün artmasında mədəniyyət ocaqlarının böyük rolu var. 04.12.2015-ci il tarixdə məktəbimizdə general C.Naxçıvanskinin 120 illik yubileyi ilə bağlı tədbir keçirildi.Tədbirdə məktəbin VIII-XI sinif şagirdləri iştirak edirdi.Tədbirin təşkil edən məktəbin tarix müəllimi S.Məmmədova çıxış edərək generalın həyat yolu haqqında məlumat verdi.Məktəbin şagirdləri C.Naxçıvanskinin fəaliyyəti haqqında tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırdılar.Sonda şagirdlərimizin C.Naxçıvanski adına Hərbi Liseyə səfəri barəsində fotolardan ibarət təqdimat göstərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi