"Məktəb bizim evimiz" və "Ekoloji təmiz məktəb" adlı aksiya

Diqqət! Diqqət!

Məktəbimizin bütün müəllim, valideyn, şagird və məzunlarının nəzərinə!

1 dekabr tarixindən etibarən məktəbimizdə "Məktəb bizim evimiz" və "Ekoloji təmiz məktəb" adlı aksiya keçiriləcək.

Bu aksiyada iştirak etmək istəyənlər:

1. Hər bir sinif 3 ədəddən az olmayaraq gül dibçəyi gətirməlidir.

2. İşçi heyəti ayrılıqda hər kəsə 1 ədəd gül dibçəyi gətirməlidir.

3. Dibçəklər kiçik ölçülü olmamalıdır.

4. Aksiyada müəllim, valideyn, şagird və məzunlarımızla yanaşı, qəsəbənin sakinləri də iştirak edə bilər.

Məktəbimizdə sağlam mühitin yaradılması üçün hər birinizin aksiyada iştirakını gözləyir, bizə dəstək olanlara əvvəlcədən təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi