Bir sinifdən iki qalib

Bir sinifdən iki qalib!
   Məktəbimizdə 4 noyabr tarixində keçirilən V-XI siniflər arasında bütün fənlər üzrə məktəbdaxili fənn olimpiadasının nəticələrinə əsasən 9"b" sinfinin iki şagirdi müxtəlif fənlər üzrə yüksək bal toplayaraq birincilik qazanmışdır. Verdiyeva Nuray Həmid qızı ingilis dili, Hüseynov İlqar Vüqar oğlu kimya fənnindən yüksək nəticə göstərdikləri üçün məktəbimizi rayon turunda təmsil edəcəklər. 
Şagirdlərimizi qazandıqları uğura görə təbrik edir, onlara bilik verən müəllimlərə, ingilis dili müəllimi və 9"b" sinfinin sinif rəhbəri Şəfa Əhmədovaya və kimya müəllimi Məlahət Quliyevaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi