Məktəbimizin şagirdlərinin “Ölkəmizi tanıyaq” 8-ci tur aksiyada iştirakı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə hər il keçirilən maarifləndirici tur-aksiyaları gənc nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, onların savadlı və vətənpərvər böyüməsi istiqamətində təşkil olunmuş layihədir. Bu lahiyəyə əsasən 16-19 noyabr 2017-ci il tarixlərini əhatə edən növbəti 8-ci tur-aksiya 3 istiqamət üzrə ölkəmizin cənub bölgəsini təşkil edən Lənkəran, Masallı və Astara rayonları istiqamətində baş tutdu.
Sevindirici haldır ki, ilk tur aksiyadan bu günə qədər məktəbimizin şagirdləri bu aksiyada iştirak etmiş və fəallıqları ilə seçilmişlər.
8-ci tur aksiyada məktəbimizi təmsil edən X"d" sinif şagirdi Səfərova Elmira Səfər qızı olmuşdur. 
“Ölkəmizi tanıyaq” 8-ci tur aksiyanın iştirakçıları ölkəmizin gözəl guşələrində olmuş, yeni və maraqlı biliklər əldə etmişlər.
Xatırladaq ki, Sabunçu rayonunun IX-XI sinif şagirdləri “Ölkəmizi tanıyaq” 8-ci tur aksiya çərçivəsində keçirilən "Kim? nə? hara?" intellektual yarışında 10 rayon arasından I yerə layiq görülərək qalib olmuşlar.

 

Sabunçu Rayon İcra Hakimiyyəti 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi