"Şanlı bayrağım" adlı şeir müsabiqəsinin qalibləri

31.10.2017-ci il tarixində məktəbimizdə keçirilən "9 noyabr Azərbaycan Respublikası Dövlət Bayrağı Günü" - nə həsr olunmuş "Şanlı bayrağım" adlı şeir müsabiqəsində I, II, III yerlərə layiq görülən iştirakçılar bu gün diplomla təltif olundular. Qaliblər II-VI siniflər arasından seçilmiş, öz potensial imkanları ilə fərqlənən, xüsusi istedada malik şagirdlər olmuşdur. Şeirləri böyük həvəslə, əsl vətənpərvər ruhda səsləndirmiş, öz çıxışları zamanı düzgün jest və mimikalardan istifadə edərək intonasiyalı ifalarına görə yüksək bal toplamışdılar. Onları təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi