Məktəbimizin 120 illk yubileyinə həsr olunmuş spartakiadanın yekunu

Məktəbimizin tədbirlər planında 2017-ci ilin sonuna qədər 67 nömrəli tam orta məktəbin 120 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərin keçirilməsində fiziki tərbiyə müəllimlərimiz fəallıqları ilə seçilirlər. Ötən dərs ilinin yanvar ayından başlayaraq bu dərs ilinin noyabr ayına qədər fiziki tərbiyə müəllimləri tərəfindən siniflər üzrə müxtəlif idman növlərindən ibarət spartakiada keçirilmişdir. Noyabr ayında artıq spartakiada başa çatmış, fudbol, voleybol və atletika üzrə I, II, III yerlərin qalibləri, spartakiadada fəal iştirak edən sinif rəhbərləri diplom və medallarla təltif olunmuşlar. Kollektivimiz adından fiziki tərbiyə müəllimlərinə təşəkkür edir, işlərində hər zaman uğur əldə etmələrini diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi