Məktəbimizin tarixini yaradanlar və yaşadanlar

120 illik tarixi olan qocaman məktəbimiz və bu tarixi yaradan, yaşadan unudulmaz müəllimlərimiz. Belə müəllimlərdən biri də sevimlimiz Yusif müəllimdir. Onun simasında əsl tərbiyə, elm, mədəniyyət mənbəyi, şagirdlərini öz övladı kimi sevən bir pedaqoq görünür. Məktəbimizi, kollektivimizi hər zaman ehtiramla xatırlayan Yusif müəllimi 18.11.2017-ci il tarixində evində ziyarət etdik. Onun dərin məna kəsb edən sözləri bizə həyat dərsi verdi. İllər öncə qələm tutmağı, ilk dəfə yazı yazmağı öyrətdiyi şagirdlərinin yazılarını hələ də saxladığını görəndə gözlərimiz doldu, əsl müəllim sevgisinin şahidi olduq. 
Allah sizə ömür versin Yusif müəllim. Sizdən öyrənəcəyimiz çox şey var, bizim gülər üz, qəlbi sevgi dolu əvəzsiz müəllimimiz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi