Xalça Müzeyində dərs

Noyabr ayınin ilk günlərində Paytaxtin Sabunçu rayonu 67 №li tam orta məktəbdə fəalliyyət göstərən Valideyn Müəllim Assosiasiyası –nın dəstəyi ilə məktəbin 3d sinif şagirdləri “Xalça Muzeyi”nə ekskursiya etmişlər. Məktəb direktorunun ideyasiına əsaslanaraq , proqrama əsasən “ Bahalı xalça “ və “2500 yaşlı xalça”mövzularında şagirdlərə mühazirə oxunmuş və məktəbin müəllimi Aslanova Ülviyyə tərəfindən xalçanın toxunması praktik şəkildə göstərilmişdir. Ekspazisiya zalını maraqla gəzən şagirdlər muzeyin bələdçisinin ekspanatlar haqqında verdiyi məlumatları diqqətlə dinləyərək məlumatlanmışlar .Şagirdlər xalçalarin müəllifi ,yaşı və eyni zamanda ilmələrin sixlıgına görə xalçanın ölkəmizin hansı bölgəsinə aid olması kimi maraqlı məlimatlar öyrənmişlər.Ölçüsünə görə xüsusi diqqət çəkən “Şeyx Səfi “ xalçasını maraqla seyr edən şagirdlər bu xalçanın orjinal yox, oxşarı oldugunu ,əslinin isə” İngiltərə “ muzeyində saxlandıgını öyrəndilə. İşgaldan sonra “Şuşa” muzeyindən xilas olmuş bir neçə xalçanı həmin muzeydə görmək şagirdləri həm maraqlandırmış həm də təsirləndirmişdir. Şagirdlərin meyl və maraqlı sualları muzey işçilərinin diqqətini cəlb etmişdir bu səbəbdən də muzeyin rəhbərliyi ekskursiyanin təşkilatçısı VMA nın rəhbəri ilə birgə əməkdaşlıq barədə qərar vermişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi