Məktəbimizin 7"ə" sinfində sinif təşkilat saatı

Məktəbimizin fəaliyyət planına əsasən ötən həftə 6-11 noyabr tarixlərində bütün sinif təşkilat saatları "9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" -nə həsr olunmuşdur. Belə dərslərdən biri də VII "Ə" sinfinin 11.11.2017-ci il tarixində keçirdiyi sinif təşkilat saatı oldu. Şagirdlərin müəlliflik etdikləri şeirlər, əl işləri, şagirdlər tərəfindən hazırlanmış mövzuya aid videoçarx və başqa maraqlı çıxışlar bir daha sübut etdi ki, gəncliyimiz doğrudan da vətənpərvər ruhda yetişir. Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, tarix müəllimləri iştirak edirdilər. Bu maraqlı və nümunəvi dərsə görə VII "Ə" sinif şagirdlərinə və sinif rəhbərlərinə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi