67 nömrəli məktəbdə "9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" qeyd olundu

08.11.2017-ci il tarixində məktəbimizin ibtidai siniflərində "9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" -nə həsr olunmuş möhtəşəm tədbir keçirildi. Tədbirdə I-IV sinif şagirdləri tərəfindən hazırlanmış maraqlı çıxışlar, şanlı bayrağımıza olan sevgi və ehtiram nümayişi, müəllimlərimizin həvəslə iştirakı bir daha sübut etdi ki, xalqımız vətəninə, bayrağına sadiq xalqdır. Şagirdlərimizin vətənpərvər ruhda yetişməsində, əsl şəxsiyyət kimi formalaşmasında ibtidai sinif müəllimlərinin rolu böyükdür. Bu çətin və şərəfli işdə müəllimlərimizə uğurlar diləyir, başda ibtidai siniflər üzrə direktor müavini Səbahət Ağayeva olmaqla tədbirdə əməyi keçən hər kəsə təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi