4"ğ" sinif şagirdləri Hərbi Tarix Muzeyində

27.10.2017-ci ildə məktəbimizin 4"ğ" sinif şagirdləri sinif rəhbərləri İlhamə Rzayeva ilə birlikdə silahlı qüvvələrin tarixi ilə tanış olmaq üçün Hərbi Tarix Muzeyində ekskursiyada olmuşlar. Muzeydə keçmişdən bu günə qədər döyüşlərdə istifadə olunan bütün silahlar, maraqlı ekspanatlar yer almaqdadır. Şagirdlər heyranlıqla muzeyi qarış-qarış gəzmiş, milli qəhrəmanlarımız və onların şücayətli döyüşləri haqqında məlumatlar almışlar. Qarşılaşdıqları bu heyrətamiz mənzərə körpələrimizi bir daha əmin etmişdir ki, ölkəmiz, vətənimiz həqiqətən də əmin əllərdədir. Təhlükısizliyimizin keşiyində duran, səngərlərdə, döyüş bölgələrində vətənimizi qoruyan əskərlərimizə Tanrıdan möhkəmlik, iradə, sağlamlıq arzulayır, onlarla qürur duyduğumuzu bildirmək istəyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi