Məktəbimiz "Ümid Yeri" uşaq sığınacağı evində

04.11.2017-ci il tarixində 67 nömrəli məktəbin rəhbəri İradə müəllimə və VMA-nın nümayəndələri, eyni zamanda Pişəvəri adına gimnaziyanın VMA nümayəndələrinin birgə təşəbbüsü ilə "Ümid Yeri" uşaq sığınacağı evini ziyarət etdik. Gəlişimizə çox sevinən körpələrin sevincləri gözlərindən duyulurdu. Xoş bir təsadüf idi ki, həmin gün iki uşağın ad gününü birlikdə qeyd etdik. Balacalar rəqs edərək xeyli şənləndilər. Onların üzlərindəki təbəssüm bizim ürəyimizin təbəssümünə çevrildi.Xatırladaq ki, növbəti xeyirxah səfərimiz 11.11.2017-ci il tarixində Masazırda yerləşən internat məktəbinin məzunları ilə görüş olacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi