4a sinfində nümunəvi dərs

4a sinif müəllimi Gilas Mehdizadənin 02.11.2017-ci il tarixində keçirdiyi nümunəvi dərsdə şagirdlərin ifasında hazırlanmış səhnəcik, Fərəcova Xədicənin və Məmmədova Həcərin vətənpərvərlik ruhunda çəkdikləri rəsmlər, Muradova Mədinənin mövzuya uyğun yazdığı şeir çox maraqlı və təsirli idi. Körpə fidanların qəlblərinin vətən sevgisi ilə döyündüyü, milli-mənəvi dəyərlərimizə sahib çıxmaları, gələcəyimizin davamçıları olan şagirdlərimizi dinlədikcə və izlədikcə hiss olunurdu. "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, azerbaycanlıyam"- Ulu öndərimiz Heydər Əliyevin bu sözləri Gilas müəllimənin dərsində bir daha özünü təsdiq etdi. Bu maraqlı dərsə görə Gilas Mehdizadəyə və şagirdlərinə təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi