“Məktəb seminarları” 67 nömrəli məktəbdə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan 2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları” davam edir. Növbəti seminar 17.10.2017-ci il tarixində 67 nömrəli tam orta məktəbdə keçirilmişdir. “Məktəb seminarları”nın sessiyaları paytaxtın bütün ümumi təhsil məktəblərini əhatə edir. “Məktəb seminarları” layihəsinin əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiq edilmiş Fəaliyyət Planından irəli gələn məsələlərin təhsil müəssisələri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla, inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və ümumi təhsil məktəblərinin imkanlarını səfərbər etməkdən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi