15 Sentyabr Bilik Günü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir. Bütün məktəblərdə olduğu kimi 67 nömrəli tam orta məktəbdə də Bilik Günü böyük sevinclə qeyd olunmuşdur. Məktəbin direktoru Bayramova İradə xanım ənənəvi olaraq məktəbə yeni qədəm qoyan birinciləri gözəl arzularla qarşılamış, məzunlarımızı isə ilk dərs günündə qəbul olduqları ali məktəblərə fəxrlə yola salmışdır.Yeni dərs ilində müəllim, şagird, valideyn üçbucağına möhkəmlik, birlik, müvəffəqiyyət arzulayır, Bilik Günü münasibəti ilə təbrik edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi