"O səs 67" yarışmasının ikinci mərhələsi

27 may 2017-ci il məktəbimizin tarixinə unudulmaz günlərdən biri kimi yazıldı. "O səs 67" yarışmasının ikinci mərhələsi nəhayət baş tutdu. İştirakçılar və onları hazırlayan komanda kapitanları çox həyəcanla toplayacaqları balı gözləyirdilər. Yarışmanın sonunda hər komandada ən yüksək bal toplayan, ən güclü 6 iştirakçı qaldı. "O səs 67" layihəsində ilk gündən yorulmadan, usanmadan bizə kömək edən, daima yanımızda olan məktəbimizin 2007-ci il məzunu İslam Rzayevə sonsuz təşəkkürlərimizi bildiririk. Heç bir musiqi təhsili olmayan həvəskar ifaçılarımıza profesionallıqla yol göstərmiş, hər çətin ifanın öhdəsindən ustalıqla gəlmişdir. Bu tədbirin ərsəyə gəlməsində göstərdiyi köməkliyə görə İslam Rzayevə təşəkkürlər. Növbəti mərhələdə hər kəsə uğurlar diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi