Məktəbimizdə "28 May Respublika Günü"nə həsr olunmuş möhtəşəm tədbir

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Xalqımız 28 mayı əsl bayram sevinci ilə qeyd edir.26 may 2017-ci il tarixində məktəbimizdə "28 May Respublika Günü"nə həsr olunmuş möhtəşəm tədbir keçirildi. İbtidai sinif şagirdləri maraqlı çıxışları ilə hər kəsi heyran etdilər. Tədbirin təşkilatçısı məktəbimizin ibtidai siniflərdə təlim-tərbiyə işləri üzrə direktor müavini Səbahət Ağayevaya təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi