Suriyaya yardım kampaniyası

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı bu il may ayında 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş "Suriyadakı uşaq və gənclər üçün bir ümid" adlı sosial kampaniya keçirməyi planlaşdırır. Kampaniya çərçivəsində tələbə və məktəblilər tərəfindən hazırlanmış əl işləri və hədiyyələr, eləcə də maraqlı qurumlar və fərdi şəxslər tərəfindən göstərilən bütün yardımlar qəbul ediləcəkdir.Bütün müəllim, şagird və valideynləri bu kampaniyaya qoşulmağa dəvət edirik. Dama-dama göl olar. Sizin də bu xeyirxahlıq gölündə bir damla payınız olsun.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi