"Məktəbimizin dünəni, bu günü, sabahı" mövzusunda dəyirmi masa

13 may 2017-ci il tarixində 67 nömrəli məktəbin 120 illik yubileyinə həsr olunmuş "Məktəbimizin dünəni, bu günü və sabahı" mövzusunda dəyirmi masa keçirildi. Mövzu ilə bağlı müəllimlər, şagird, valideyn və qonaqlar çıxış etdilər. Qonaqlarımız AVMAİB-nin icraçı direktoru Şahin Rəcəbov və AVMAİB-nin Nəzarət Təftiş Komissiyasının sədri Mübariz Kərimov məktəbimizlə bağlı fikir və təəssüratlarını bizimlə bölüşdülər. Dəyirmi masada 120 illik tarixi olan bu möhtəşəm məktəbin keçmişi xatırlandı, indisi yaşandı və gələcəyi haqqında arzular, təkliflər səsləndi. Məktəbimizin tarixdə hələ çox izlər qoyacağına və parlaq gələcəyin təminatçısı olan gənclər yetişdirəcəyinə inanırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi