Şəhid Elmar Məmmədovun xatirəsinə həsr olunmuş tədbir

02 may 2017-ci il tarixində məktəbimizin şagirdi olmuş, aprel döyüşlərində şücayətlə iştirak edən, həyatını vətənə qurban verən Elmar Məmmədovun ölümünün bir ili tamam olmuşdur. Şəhidlik zirvəsinə ucalan, gənc yaşda şagirdlərə örnək ola biləcək qəhrəmanlıq göstərən Elmarın xatirəsini yad etmək üçün 05 may tarixində məktəbimizdə "Qəhrəman oğullar" adlı tədbir keçirildi. Tədbirdə Elmarın anası və bacısı iştirak etdilər, onunla bağlı xatirələrini, Elmarın son saatlarda yaşadıqlarını xatırlayaraq hər kəsə duyğulu anlar yaşatdılar. Elmarın anası öz çıxışı ilə bir daha sübut etdi ki, oğul həqiqətən vətən üçün böyüdülür.Allah bütün şəhidlərimizə rəhmət eləsin.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi