Tahirli Əlibəbir Elşən oğlunun əməliyyatı üçün xeyriyyə konserti

30.04.2017-ci il məktəbimizin tarixinə qızıl hərflərlə yazıldı. Tahirli Əlibəbir Elşən oğlunun əməliyyatı üçün xeyriyyə konserti baş tutdu. Bu tədbir insanlıq dərsidir, birlik, həmrəylik nümunəsidir. Qızıl üçlük- müəllim, şagird, valideyn üçlüyü bu gün öz gücünü bir daha sübut etdi. Məktəb yalnız elm yox, həm də insanlıq öyrədir. Məktəb yalnız alim yox, əsl insan yetişdirir. Xeyriyyə konsertində cani-dildən iştirak edən bütün qonaqlarımıza təşəkkür edirik. Dost dar gündə tanınar. Bizimlə bir olub, birlik olub Əlibəbirin əməliyyatı üçün lazım olan məbləğin toplanmasında əməyi keçən müəllim, şagird, valideyn və əsl insanlıq nümunəsi göstərərək konsertdə təmənnasız çıxış edən iştirakçı qonaqlarımıza, vaxt ayırıb belə bir gündə yanımızda olan tamaşaçı qonaqlarımıza sonsuz təşəkkürlər. Müəllimlik dünyaya övlad gətirmədən ana olmaqdır. Müəllim bioloji anası kim olursa olsun, hər uşağı öz övladı kimi görməli, hər şagirdə ana qayğısı göstərməli, dərdini bölməli, sevincinə şərik olmalıdır. Əlibəbir məktəbimizin bütün müəllimlərinin övladıdır artıq. Onun sağalıb ayağa qalxacağı, digər övladlarımızla birlikdə qaçıb oynayacağı günü səbirsizliklə gözləyirik. Allah Tahirli Əlibəbiri uğurlu əməliyyatdan sonra sağlamlığına qovuşdursun və yaşıdları ilə birlikdə onu parta arxasında, məktəb sıralarında görək. Amin!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi