Tahirli Əlibəbir Elşən oğlunun əməliyyatı üçün 67 nömrəli məktəbdə keçirilən xeyriyyə yarmarkası

Məktəbdə aprelin 27-də Tahirli Əlibəbir Elşən oğlunun əməliyyatı üçün xeyriyyə yarmarkası keçirilmişdir. Yarmarkada məktəbin təşkil etdiyi dadlı təamlar və həmçinin məktəbin valideyn, müəllim, şagird kollektivinin əl işləri xeyriyyə məqsədi ilə satışa çıxarılmışdır. Bütün valideyn, şagird və müəllimlər istər satıcı, istər alıcı qismində çox fəal iştirak etmiş, öz köməkliklərini əsirgəməmişlər. Bu gün şahidi olduğumuz birlik, həmrəylik bir daha sübut etdi ki, bir millət kimi biz çox şeyə qadirik. El bir olsa dağ oynadar yerindən.Yarmarkanın uğurla baş tutmasında əməyi olan hər kəsə təşəkkür edir, Allahdan Tahirli Əlibəbirə şəfa diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi