Tahirli Əlibəbir Elşən oğlunun əməliyyatı üçün keçirilən xeyriyyə aksiyası

Hörmətli həmvətənlər ! Məktəbimizdə Tahirli Əlibəbir Elşən oğlunun əməliyyatı üçün 27.04.2017-ci il tarixdə, saat 11:00-13:30 qədər xeyriyyə yarmarkası və 30.04.2017 -ci il tarixdə saat 12:00 da xeyriyyə konserti keçiriləcək. Yarmarka və konsertə hərkəsi dəvət edirik.Ürəyində mərhəmət hissi olan hamını gözləyirik. Yarmarkada məktəbimizin təşkil etdiyi dadlı təamlar və həmçinin məktəbimizin valideyn, müəllim , şagird kollektivinin əl işləri xeyriyyə məqsədi ilə satışa çıxarılacaq. Dadlı təamlardan dadmağa və göz oxşayan əl işlərindən almağa hamı dəvətlidir.Konsert məktəb kollektivi və bəzi tanınmış müğənnilərin iştirakı ilə keçiriləcək. Sizi həm əylənməyə , həm də bir körpə balamızın həyatını xilas etməyə dəvət edirik.Səbirsizliklə yolunuzu gözləyirik...Ünvan: Sabunçu qəsəbəsi , 67 № tam orta məktəbin həyətində.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi