İdman nailiyyətlərimiz davam editməkdədir

Sağlam gənclərin yetişməsi üçün ilk növbədə sağlam mühit yaradılmalıdır. Şagirdlərin elmi biliklərlə yanaşı həm də sağlam bədənə və sağlam ruha sahib olmaqları onların düzgün inkişafının təminatıdır. Bu səbəbdən gənclərimizin son zamanlar idmana olan marağı bizi çox sevindirir. Məktəbimizin Vg sinif şagirdi Seyidov Fərid Ramiz oğlu "Cüdo" idman növü üzrə keçirilən çempionatda qalib olmuş və birinci yerə laiq görülmüşdür. Qazandığı qələbə münasibəti ilə Fəridi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi