67 nömrəli tam orta məktədə "Mülki müdafiə" gününə həsr edilmiş tədbir

Məktəbin Sabunçu rayonu “Fövqəladə hallar və mülki müdafiə” şöbəsi ilə razılaşdırılmış tədbirlər planına əsasən aprelin 19-da “Mülki müdafiə” günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd fövqəladə hallar zamanı məktəb kontingentinin təxliyyə edilməsi, təhlükəsiz yerdə yerləşdirilməsi və əgər kimsə xəsarət alarsa dərhal ilkin tibbi yardım göstərilməsi olmuşdur. Bununla əlaqədar olaraq saat 10:51-də həyəcan siqnalı verildi. Dərhal məktəb binasından insanların təxliyyə edilməsi başlanıldı. İki dəqiqə ərzində məktəb tamamilə boşaldıldı. Təhlükə zonasında qalanlar xilasetmə, yanğınsöndürmə, asayişin mühafizəsi manqaları tərəfindən xilas edildi. Sanitar manqası zədə alanların yarasını bağladı və ilk tibbi yardım göstərildi. Məktəbin Mülki müdafiə rəhbəri Bayramova İradə tədbirin keçirilməsində fəal iştirak etmiş Mülki müdafiə üzrə qərərgah rəisi Ceyran Məmmədovaya, çağırışaqədərki hazırlıq müəllimi Oqtay Əhmədova və digər manqa üzvlərinə təşəkkürünü bildirdi. Tədbir çox maraqlı və xətasız keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi