"Əvəzsiz illər" qəzeti

2017-ci il 3 əsrin şahidi olan qocaman məktəbimizin 120 illik yubileyidir. Planımıza əsasən 2016-2017-ci tədris ilində yubileylə bağlı bir çox tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. 120 yaşlı məktəbimizə həsr olunmuş kitab və jurnallar nəşrə hazırlanır. Yubileyə həsr olunmuş aylıq qəzetimizin artıq üç nömrəsi nəşr olunmuşdur. Qəzetdə 120 illiklə bağlı hər ay keçirilən tədbirlər, eləcə də müəllim, şagird və valideynlərin məqalələri çap olunmuşdur. Qəzetimizin adı 3 əsrə şahid olmuş məktəbimizin əvəzolunmaz illərinə ithaf olunmuş, "Əvəzsiz illər" adlandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi