"Doğma yurdum Azərbaycan"

 Bakı şəhəri 67 nömrəlii tam orta məktəbin 5e və 5d siniflərində fənn müəllimi Sədaqət Məmmədovanın təşkilatçılığı və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Əlisoyun iştirakı ilə ədəbiyyat fənnindən layihə əsaslı dərs keçirildi. Dərslərin mövzusu "Doğma yurdum Azərbaycan", məqsədi isə şagirdlərdə doğma yurda olan sevgini musiqinin, rəqsin, bədii qiraətin, səhnəciklərin vasitəsi ilə formalaşdırmaq idi. Dərslərdə şagirdlərin qruplar formasında hazırladıqları maraqlı təqdimatlar və ifa etdikləri mahnılar dinlənildi. Həmçinin şagirdlər təbiəti qorumağın zəruri olduğunu aşılayan tərbiyəvi səhnəciklər də nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi