Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 - ci ildönümünü ilə əlaqədar olaraq  67 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin qonağı olublar.

   Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 - ci ildönümünü 67 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi , əsası Ulu öndər Heydər Əliyev tərəfindən 1971 - ci ildə qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Liseyin dəvəti ilə həmin liseydə qeyd etdi . Ulu Öndərin büstü önünə əklil qoyulduqdan sonra Heydər Əliyev muzeyi , şəhidlər muzeyi və Hərbi liseydə ekskursiya olundu . Daha sonra liseyin klubunda davam edən tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video çarx nümayiş olundu . Müəllimlərin , kursantların və tədbir iştirakçılarının Heydər Əliyevlə bağlı xatirələri və çıxışları dinlənildi . Hərbi orkestrin və 67 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin ifasında Heydər Əliyevə həsr olunmuş şer və mahnılar səsləndi . Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi , Vətən müharibəsi qəhrəmanı , polkovnik Anar Mirzəyev 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramovaya " Ziyarət xatirəsi " lövhəsi təqdim etdi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi