Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 - ci ildönümünə həsr olunmuş tədbir keçirilib

67 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 - ci ildönümünə həsr olunmuş tədbir keçirilib . Tədbirdə SHXÇDX - nin Çağırışaqədərki hazırlıq İdarəsinin orta təhsil müəssisələrində hərbi vətənpərvərlik və çağırışaqədərki hazırlıq şöbəsinin rəisi , l Qarabağ müharibəsinin veteranı polkovnik Asəf Əhmədov iştirak etdi . Məktəbdə olan Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edildikdən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru İradə Bayramova Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumat verdi . Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi. Müəllim və şagirdlərin ifasında şer və mahnılar səsləndi . Tədbirdə iştirak edən polkovnik Asəf Əhmədov çıxıs edərək Bakı şəhəri üzrə birincilik əldə edən məktəbin " Şahinlər " komandasını təbrik edərək onlara respublika mərhələsində də qalibiyyət arzuladı . Məktəbimizin hərbi rəhbəri , Vətən müharibəsi veteranı və qazisi , e.o polkovnik - leytenant Muraz Sadıqov şagirdlərə hərbi vətənpərvərlik tərbiyəsini yüksək səviyyədə təbliğ etdiyinə görə Azərbaycan Respublikası SHXÇDX - nin rəisi cənab Mürsəl İbrahimovun adından üzərində Ulu Öndər Heydər Əliyevin şəkili və imzası olan qiymətli hədiyyə ilə təltif olundu.