"Şahinlər" komandasının üzvləri və onların valideynləri ilə görüş keçirildi.

07 may 2025-ci il tarixində məktəbimizin qalıb "Şahinlər" komandasının üzvləri və onların valideynləri ilə görüş kecirilmişdir.Görüşdə məktəb rəhbərliyi , Bakı şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Elnarə Məmmədova və müəllimlər iştirak etmişdir.Giriş sözü ilə tədbiri açan məktəbin direktoru İradə Bayramova valideynlərə təşəkkürünü bildirərək , Bakı şəhərini təmsil edəcək komandamıza Respublika mərhələsində uğurlar arzuladı. Çıxış edən tədbir iştirakçıları və valideynlər qalıb Azərbaycan gəncliyinin hərbi vətənpərvərlik , milli qürur və milli ləyaqət ruhunda tərbiyə olunmasında " Şahin " hərbi - idman oyunlarının xüsusi əhəmiyyətini qeyd edərək , komandamıza növbəti mərhələdə uğurlar arzu etdilər.