"Şanlı Zəfər" yolu

  Möhtərəm prezident, cənab Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamının icrası ilə əlaqədar olaraq gənclərin milli qürur, milli ləyaqət, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, ixtisas seçimində hərbi peşələrə, hərbi tədris müəssisələrinə yönləndirilməsi və "Şanlı Zəfər" tariximizin təbliğ olunması məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyevlə 67 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin görüşü keçirilmişdir. Qonaqlar ilk öncə məktəbdə yaradılan tarix muzeyi ilə yaxından tanış oldu. Sonra görüşün rəsmi hissəsi basladı. Giriş sözü ilə görüşü açan məktəbin direktoru İradə Bayramova qonaqları salamladı və onların məktəbə gəlişini gənclərdə vətənpərvərlik ruhunun daha da yüksəlməsi yolunda önəmli bir addım olduğunu bildirdi. Hərbi liseyin keçdiyi yol videoçarx vasitəsilə nümayiş etdirildi. Sonra liseyin rəisi polkovnik Anar Mirzəyev çıxış edərək müəllim və şagird heyətini salamladı. Məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirdi, bir neçə gün bundan əvvəl məktəbin "Kəsfiyyatçılar" komandasının Şahin hərbi idman oyunlarının Bakı şəhəri üzrə zona birinciliyində uğur qazanması münasibəti ilə təbrik etdi və onlara respublika mərhələsində uğurlar arzuladı. Hərbi tədris müəsisəsi haqqında məlumat verən Anar müəllim hər bir Azərbaycan gəncinin məhz milli, vətənpərvər ruhda böyüməsini arzuladı.

Qazanılan uğur münasibətilə məktəbin direktoru İradə Bayramova, hərbi rəhbər ehtiyyatda olan Polkovnik leytenant Muraz Sadıqov, "Kəşfiyyatçılar"komandasının kapitanı lisey rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olundular. Sonda liseyin hərbi orkestrinin müşayəti ilə konsert proqramı təşkil edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi