8 mart Beynəlxalq Qadınlar Günü

07.03.2017-ci il tarixində 67 №-li tam orta məktəbdə 8 mart qadınlar bayramına həsr olunmuş tədbir keçirildi. Tədbirdə aylardır davam edən, çox böyük marağa səbəb olan "İstedad sorağında" adlı yarışmada uğur qazanmış şagirdlərin bir qismi iştirak edirdilər. Şagirdlər öz çıxışları ilə qonaqları heyrətləndirdilər. Tədbirin ən yadda qalan hissələrindən biri də Azərbaycan tarixinin qəhrəman qadınlarına həsr olunmuş səhnəcik oldu. Şeirlər, səhnəciklər, rəqslər, ifa olunan musiqilər bayram şənliyində qonaqlarımıza unudulmaz anlar yaşatdı. Tədbirin təşkilində yaxında iştirak edənlər məktəbin musiqi müəllimi Ağamalıyeva Sevil və təlim-tərbiyə işləri üzrə direktor müavini Muradova Məleykə olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi