Məktəb rəhbərliyi qalib komanda ilə görüş keçirdi

Şahin Hərbi idman oyunlarının Bakı şəhəri üzrə zona birinciliyində qalib gəlmiş 67 nömrəli məktəbin "Kəşfiyyatcılar" komandası ilə məktəb rəhbərliyinin görüşü keçirildi.Görüşdə məktəbin direktoru İradə Bayramova,təlim tərbiyə işləri üzrə direktor müavini Ceyran Məmmədova,sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Azad Kələşov,uşaq birliyinin rəhbəri Nigar Mirzəcanova,fiziki tərbiyə müəllimi Kamil İsmayılov,qalıb gəlmiş komandanın heyəti iştirak edirdi. Görüşü giriş sözü ilə açan məktəbin direktoru İradə Bayramova qalib gəlmiş komandanı təbrik edərək onların Respublika mərhələsində də uğurla təmsil edəcəyinə inandığını bildirdi.Komanda üzvləri keçirilən yarışdan olan xatirələrini bölüşdülər.Hərbi rəhbər,ehtiyyatda olan Polkovnik leytenant Muraz Sadıqov qazanılan qələbənin əzmkarlıq və möhkəm iradə sayəsində qazanildığını bildirdi və növbəti Respublika mərhələsində də qalib gələcəklərinə inandıginı bildirdi. Sonda qazanılmış kubok və diplom məktəb rəhbərliyinə təqdim edildi,xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi