Riyaziyyat fənni üzrə yarış

67 nömrəli tam orta məktəbdə riyaziyyat fənnindən "Fənn Aylığı" çərçivəsində direktor müavini Yeganə Muradovanın təşkilatçılığı ilə III-IV siniflərdə yarış keçirilib.
Yarışın əsas məqsədi riyaziyyat fənnindən şagirdlərin bilik səviyyəsinin yoxlanılması və şagirdlərin fənnə olan marağının artırılması olub.
Qalib olan komandalar məktəb rəhbərliyi tərəfindən diplomla təltif edilib.