VIII siniflərdə növbəti monitorinq keçirilib

 67 nömrəli tam orta məktəbdə 23 aprel 2025-ci il tarixində VIII siniflərdə növbəti monitorinq keçirilib.

Direktor müavini Gülnarə Bağırovanın təşkilatçılığı ilə keçirilən monitorinqdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən ibarət suallar, həmçinin cavab kartlarından istifadə edilib.

Monitorinqin məqsədi şagirdlərin buraxılış imtahanına hazırlıq səviyyəsindəki inkişaf dinamikasını ölçmək olub. Monitorinqdə şagirdlər açıq və qapalı test suallarını, mətn üzrə tapşırıqları cavablandırıblar, ingilis dili fənni üzrə şagirdlərə “Listening” və “Reading” materialları təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi