Uğurunuz uğurumuzdur

67 nömrəli tam orta məktəbin X "e" sinif şagirdi Dəniz Həsənov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi Grappling İdman növü üzrə 15-17 yaşlı gənclər arasında keçirilən yarışda Ölkə Çempionatında I yer tutduğu üçün diplom və medalla təltif olunub. Dəniz qazandığı qələbə ilə Avropa və Dünya çempionatına vəsiqə qazanıb.
Şagirdimizi bu qələbəsi münasibətilə təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq.