Şahinlərimiz növbəti dəfə qələbə ilə məktəbimizin qüruru olublar.

 67 nömrəli tam orta məktəbin "Kəşfiyyatçılar" komandası Sabunçu rayonu üzrə 47 məktəb arasında keçirilən "Şahin" hərbi-idman yarışında növbəti dəfə uğur qazanaraq I yerin qalibi olub.

Qeyd edək ki, bu il komandanın tərkibi X-XI sinif şagirdlərindən ibarət olub.

Möhtəşəm qələbə sevincini bölüşmək və çempionları layiqincə təbrik etmək məqsədilə məktəbdə təntənəli qarşılama mərasimi keçirilib.

Böyük sevinc və qürur hissi ilə qələbə müjdəsini Gənclərin Çağırışaqədərki Hazırlıq müəllimi, hərbi rəhbər, Qarabağ müharibəsi veteranı və qazisi, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov məktəb rəhbərliyinə çatdırıb. Daha sonra məktəbin direktoru İradə Bayramova çıxış edərək qalibləri və onların üzərində əməyi olan bütün müəllimləri təbrik edib, onlara növbəti mərhələlərdə uğurlar arzulayıb.

Qeyd edək ki, qaliblərin təltifetmə mərasimi Sabunçu Rayon Gənclər Evində keçirilib. Məktəbimiz və qalib komandamız I yer üzrə kubok, diplom və medallarla təltif olunub.

Məktəbimizi uğurla təmsil edən "Kəşfiyyatçılar" komandasını, onların yüksək səviyyədə hazırlanmalarında əməyi olan bütün müəllimləri təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi