İbtidai siniflərdə monitorinq

67 nömrəli tam orta məktəbin ibtidai siniflərində direktor müavini Yeganə Muradova tərəfindən oxuyub-anlama istiqaməti üzrə monitorinq keçirilib.
2025-ci ilin aprel ayını əhatə edən monitorinq I-II sinif şagirdləri arasında fərdi şəkildə həyata keçirilib və şagirdlərin mətn oxuma, oxuduğunu anlama, düzgün tələffüz və səlist oxu bacarıqları qiymətləndirilib.
Monitorinqin əsas məqsədi şagirdlərin oxu vərdişlərini və oxuduğunu anlama səviyyəsini aşkar etmək, tədris prosesində mümkün çətinlikləri müəyyənləşdirmək və onların aradan qaldırılması üçün tədbirlər görməkdir.