Uğurunuz uğurumuzdur

Türkiyənin İstanbul Universitetinin təşkil etdiyi TİMO riyaziyyat olimpiadasında iştirak edən şagirdlərimiz uğurlu nəticələr əldə ediblər.
67 nömrəli tam orta məktəbin IV "d" sinif şagirdi Nazlı Həsənova gümüş medal, IV "c" sinif şagirdləri Murad Qarayev və Ləman Tağızadə bürünc medal qazanaraq final mərhələsində iştirak hüququ əldə ediblər. III "a" sinif şagirdi Əli Hadıyev isə fəal iştirakına görə fərqlənmə sertifikatı (onur belgesi) ilə mükafatlandırılıb.
Qeyd edək ki, olimpiada 40 ölkə arasında təşkil olunub. Final mərhələsi Antalya şəhərində keçiriləcək.
Şagirdlərimizi qazandıqları uğur münasibətilə kollektivimiz adından təbrik edir, onların üzərində əməyi olan müəllim və valideynlərə təşəkkürümüzü bildiririk. Final mərhələsindən daha böyük nailiyyətlərlə qayıdacaqlarına inanır, müvəffəqiyyətlər arzulayırıq.