IX siniflərdə monitorinq keçirilib

67 nömrəli tam orta məktəbin IX siniflərində monitorinq keçirilib.
Direktor müavini Ceyran Məmmədovanın məktəbin Fəaliyyət Planına əsasən təşkil etdiyi monitorinqdə buraxılış fənləri olan Azərbaycan dili, riyaziyyat və ingilis dilinin tədrisi vəziyyəti yoxlanılıb.
Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin buraxılış fənlər üzrə biliklərini, imtahana hazırlıq vəziyyətlərini yoxlamaq və inkişaf etdirməkdir.