Məktəbdə Novruz sevinci

67 nömrəli tam orta məktəbdə İlaxır çərşənbə və Novruz bayramı qeyd olunub.
Məktəbin istedadlı şagirdlərinin və müəllimlərinin çıxışları, əsrlərin yadigarı olan Novruz adət-ənənələrinə uyğun yarışlar, bəzədilmiş xonçalar əsl bayram ab-havası yaradıb. Novruz şənliyi məktəbin hər iki korpusunda, həm ibtidai siniflər, həm də yuxarı siniflər üçün keçirilib.
Məktəbimizin kollektivinin timsalında hər kəsi bayram münasibətilə təbrik edir, evlərinizə bol ruzi-bərəkət, sağlamlıq, xoşbəxtlik arzu edirik.
Novruz bayramınız mübarək!