Şagirdlərlə psixoloji söhbət

 Məktəbin psixoloqları Xəyalə Babazadə və Əfsalə Ağayeva IX sinif şagirdləri arasında "İmtahan həyəcanı" mövzusunda sorğu keçirib. Sorğunun məqsədi şagirdlərin imtahana hazırlıq prosesində yaşadıqları stress və həyəcan səviyyəsini öyrənmək olub.

Daha sonra mövzu ətrafında maarifləndirici seminar təşkil edilib. Seminar zamanı şagirdlərə imtahan həyəcanının səbəbləri, onunla mübarizə yolları, psixoloji hazırlıq və özünəinamın gücləndirilməsi mövzusunda faydalı məlumatlar təqdim olunub. Həmçinin, şagirdlərə imtahandan əvvəl rahatlaşma texnikaları, düzgün vaxt idarəetməsi və motivasiya metodları barədə tövsiyələr verilib.

Tədbirin sonunda şagirdlər öz fikirlərini bölüşərək suallar ünvanlayıblar, onlara fərdi yanaşma əsasında əlavə məsləhətlər verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi