Xocalı soyqırımı şagirdlərin gözü ilə

67 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimlərinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi keçirilib. Sərgidə şagirdlərin təsəvvürü və təsviri ilə Xocalı soyqırımının əks olunduğu rəsmlər sərgilənib.
"Xocalı soyqırımı şagirdlərin gözü ilə" adlı sərgi məktəbin müəllim və şagird heyəti tərəfindən maraqla izlənilib.
Sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edirik.
Xocalı soyqırımının qurbanları heç vaxt unudulmamalıdır. Onlara düşmənlərimiz tərəfindən yaşadılanlar nəsildən nəslə bir qisas səbəbi olaraq ötürülməli və yetişməkdə olan gənc nəsillərə miras qoyulmalıdır ki, onlar da düşmənlərini yaxşı tanısınlar.
Allah bütün şəhidlərimizə və Xocalı soyqırımının qurbanlarına rəhmət eləsin, yaxınlarına səbr versin.