Uğurunuz uğurumuzdur

Rubrikamızın növbəti qonağı 67 nömrəli tam orta məktəbin X "d" sinif şagirdi Nihat Abdullayevdir.
Nihat, Legioner İdman Klubunun təşkilatçılığı ilə keçirilən kikboksinq idman növü üzrə klublararası açıq turnirdə 15 yaşlı idmançılar arasında 100 kq.çəki dərəcəsi ilə yarışıb və I yerə layiq görülüb.
Nihat Abdullayevi təbrik edir, ona növbəti fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.