Ana dilim - doğma dilim

67 nömrəli tam orta məktəbin ibtidai siniflərində 21 Fevral Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd xalqımızın kimliyinin, mədəniyyətinin ayrılmaz hissəsi olan ana dilimizi şagirdlərə daha dərindən mənimsətmək və dilimizin zənginliyini aşılamaqdır.
Tədbirin təşkilində əməyi olanlara təşəkkür edir, ana dilimizi qorumağın bir vətəndaşlıq borcu olduğunu hər kəsə xatırladırıq.