Sinif rəhbərləri ilə maraqlı layihə

67 nömrəli tam orta məktəbin müdiriyyəti sinif rəhbərləri ilə maraqlı layihə təşkil edib.
Layihənin keçirilməsində əsas məqsəd valideyn iclaslarının təşkili, iclasların formatının dəyişdirilməsi, valideyn-müəllim-şagird birliyinin möhkəmləndirilməsi istiqamətində lazımi işlər həyata keçirmək, mövzu ilə bağlı fikir və təklifləri dəyərləndirmək olub.
Tədbirdə qruplarla iş aparılıb, həmçinin öncədən sinif rəhbərləri ilə keçirilən anonim sorğunun nəticələri müzakirə edilib.