14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü

14 fevral 2025-ci il tarixində 67 nömrəli tam orta məktəbin ibtidai siniflərində maraqlı aksiya həyata keçirilib. Məktəbin ibtidai sinif müəllimləri tərəfindən şagirdlərə 14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə kitab hədiyyə olunub. Direktor müavini Yeganə Muradova və sinif müəllimləri şagirdlərlə kitab haqqında maraqlı söhbət aparıblar, şagirdlərə kitabın zənginliyindən, onun insanın mənəvi inkişafında müsbət təsirindən söhbət açaraq hər bir uşağa kitab oxumağı, bilikli olmağı tövsiyə ediblər.